Harın, qəddar, tərbiyəsiz ərəb şahzadəsi həbs olundu - VİDEO - FOTO
Maraqlı
21 İyul 2017 12:14

Harın, qəddar, tərbiyəsiz ərəb şahzadəsi həbs olundu - VİDEO - FOTO


Səudiyyə Ərəbistanında şahzadə Səud bin Əbdüləziz bin Müsaid bin Səud bin Əbdüləziz əl Səud həbs olunub.

Rəsmi açıqlamaya görə o, "əxlaqsızlığa, tərbiyəsizliyə, qəddarlığa və insan mənəviyyatı ilə bir araya sığmayayan davranış"da suçlanaraq tutulub.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, şahzadənin həbsinə Səudiyyə Ərəbistanını kralı Salman ibn Əbdül Əziz ibn Əbdürrəhman əl Səud qərar verib.

Şahzadənin həbsinə səbəb onun qəddarlığı və əxlaqsızlığına dəlalət edən videoların sosial şəbəkələrdə yayılmasıdır.

Videolar çoxdur.

Bu videolarından birində şahzadə sürücülərindən birini söyür, sonra təpiklə başına vurub yerə yıxır. Üst-başı, sifəti qan içində olan sürücü yalvarsa da, şahzadə onu söyməyə və vurmağa davam edir.

Digər videoda şahzadə xidmətçilərindən birini "Kalaşnikov" avtomatı ilə hədələyir, sonra atəş açır. Atəş nəticəsində xidmətçi sağ qulağından məhrum olur.

Başqa videoda şahzadə bağbanı döyür, söyür, yumruqlayır və təpikləyir.

Digər videoda şahzadə qulluqçu qadını küçə söyüşləri ilə söyür, təhqir edir.

Səudi kralı videoları görən kimi şahzadənin həbs olunmasını tələb edib.

Rəsmi açıqlamalara görə, tərbiyəsiz, harınlamış şahzadə Şəriət məhkəməsində mühakimə olunacaq və ən ağır cəza alacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ərəb şahzadəsi həbs olundu








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13