Superkubok italiyalı hakimlərə tapşırıldı
İdman
21 İyul 2017 12:14

Superkubok italiyalı hakimlərə tapşırıldı


UEFA Superkubokunun hakimləri açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Real" və "Mançester Yunayted" arasında qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.

Avqustun 8-də baş tutacaq qarşılaşmada Canluka Rokki fit çalacaq. Makedoniyanın paytaxtı Skopyedəki görüşdə 43 yaşlı referiyə həmyerliləri Elenito Di LiberatoreMauro Tonolini kömək edəcək. Əlavə hakim köməkçisi funksiyasını David Massa ilə Massimiliano İrrati yerinə yetirəcək. Ehtiyat hakim Rikkardo Di Fiore olacaq. Dördüncü hakim funksiyası isə fransalı Klement Turpinə tapşırılıb.
 
Qeyd edək ki, UEFA Superkuboku Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08