“Kredobank”dan 10 milyon kredit götürüb mənimsəyən şirkət rəhbəri həbs olundu
Ölkə
21 İyul 2017 12:38

“Kredobank”dan 10 milyon kredit götürüb mənimsəyən şirkət rəhbəri həbs olundu


Müxtəlif şirkətlərin adından hüquqi şəxs kimi bankdan kredit kimi aldığı küllü miqdarda vəsaiti şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məmmədhəsən Tağıyev direktoru olduğu “Baqira” və “Export Council Azeritrade” MMC adlı şirkətlərin guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə “Kredobank” ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

M.Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən “Kredobank” ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13