Təhlükəli virusla bağlı xəbərdarlıq - Azərbaycanda vəziyyət necədir?
Sağlamlıq
21 İyul 2017 12:43

Təhlükəli virusla bağlı xəbərdarlıq - Azərbaycanda vəziyyət necədir?


Yəməndə 45 mindən çox insan vəbaya yoluxub.

Publika.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin yaydığı məlumatda may-iyul aylarında 45700 nəfərin müalicə edildiyini açıqlayıb.

Komitənin yaydığı məlumata görə, vəbaya qarşı 12 şəhərdə hamilə qadınlar, uşq və ağır xəstələr antibiotik, digər lazımı dərman, iynələrlə təmin edilib. İçməli su hövzələrinin təmizlənməsi üçün 225 mindən çox xlor həbləri və 170 kiloqramdan çox xlor verilib.

Təşkilat tərəfindən maarifləndirmə tədbirləri gücləndirilib. Mayın 15-dən bu vaxta qədər hər 90 yəmənlidən biri vəbaya yoluxur. Orta hesabla hər gün 28 nəfər dünyasını dəyişir. 60 yaşdan yuxarı vəbaya yoluxan şəxslərin 30 faizinin öldüyü bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə kolera virusundan ölənlərin sayının 1784-ə çatdığını açıqlayıb. 344 min 700 nəfərin isə risk altında olduğu bildirilib. ÜST virusun bu il Həcc ziyarətinə gedəcək milyonlarla insana təsir edə biləcəyi barədə xəbərdarlıq edib.

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Publika.az-a açıqlamasında Azərbaycanda vəba ilə bağlı narahatlığa əsas olmadığını dedi:

“Son 20 il ərzində ölkəmizdə vəba xəstəliyi aşkarlanmayıb. Lakin bununla yanaşı hər il may ayının 15-dən oktyabr ayına kimi içməli su hövzələrində, dənizlərdə, çimərliklərdə, su kranlarında və respublika ərazisində vəba üçün təhlükəli sayılan ərazilərdə monitorinqlər aparılır. Respublikanın bütün nöqtələrindən nümunələr laboratoriyaya daxil olur. Şübhəli şəxslərdən və eləcə də ərazilərdən nümunələr götürülərək laboratoriyada analizləri aparılır. Son monitorinqin nəticələrinə əsasən hazırda ölkə ərazisində vəba ilə bağlı təhlükə yoxdur”.

Xəstəlik əsasən yay aylarında aktivləşdiyini deyən R.İsmayılova bu il Həcc ziyarətinə gedəcək şəxslərin də bu istiqamətdə maarifləndiriləcəyini dedi: “Həcc ziyarətinə gedəcək şəxslər məlumatlandırılacaq. Bu xəstəlik əsasən çiy sudan keçir, bu mənada ziyarətə gedəcək insanlara diqqət etməli olduqları məqamlarla bağlı məlumat veriləcək”.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08