Məşhur simanın cəsədini qəbirdən çıxarıb XƏSTƏXANAYA APARDILAR
Dünya
21 İyul 2017 12:53

Məşhur simanın cəsədini qəbirdən çıxarıb XƏSTƏXANAYA APARDILAR


İspan rəssamı və sürrealisti Salvador Dalinin qalıqlarını Fiqeras şəhərindəki məzarından çıxarıblar. Əməliyyat təxminən 1 saat 20 dəqiqəyə başa gəlib. Hüquqşünasların iştirakı ilə tibb ekspertləri mərhumun meyitindən DNT nümunələri götürüblər.

Publika.az “Reuters”ə istinadən bildirir ki, buna səbəb bir qadının neçə vaxtdır onun qızı olduğunu iddia etməsidir. Söhbət Kataloniyanın Jirona şəhərindən olan Pilar Abel adlı xanımdan gedir.

Qadın məhkəməyə müraciəti əsasında rəssamı “narahat etməyə” nail olub. O, 1956-ci il fevralın 1-də doğulub və iddia edir ki, onun anası rəssam ilə guya gizli münasibətlərdə olub. 2007-ci ildən Pilar Abel ictimaiyyəti rəssamla qohumluq əlaqəsinin olduğuna tanıtmağa çalışır. İddiasına görə, guya Abel, öz nənəsindən öyrənib ki, Salvador Dali onun doğma atasıdır. Əgər DNT-testi qadının dediklərini təsdiq edərsə, o zaman qadın rəssamın adını daşıyan hər bir əsərin və əşyanın müəlliflik hüququna, habelə onun irsinin 25%-nə sahib olacaq. Bəzi məlumatlara görə, mirasın ona çatacaq olan məbləği 300 milyon avro təşkil edir. Yeni ekspertizanın nəticələri bu ilin avqust-sentyabr aylarında məlum olacaq.

Məlumat üçün bildirək ki, Salvador Dali 1904-ci il mayın 11-də anadan olub. O, sürrealizmin ən tanınmış nümayəndələrindən biri sayılır. Öz yaradıcılıq fəaliyyəti dövründə yüzlərlə bədii əsər yaradıb. Dali Kazan şəhərindən olan, Qala deyə çağırdığı Yelena Dyakonova ilə ailə qurub. Cütlüyün uşağı yox idi. Rəssam 1989-ci il yanvarın 23-də dünyasını dəyişib. Onun qəbri Fiqeras şəhərində “Dali teatr-muzeyi”nin arxasında yerləşir.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08