Kapital Bank 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi
İqtisadiyyat
21 İyul 2017 12:54

Kapital Bank 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi


Kapital Bank filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi. Yeni xidmət mərkəzidə 24 saat ərzində ödəniş terminalları vasitəsi ilə kommunal və bank ödənişləri, ATM vasitəsi ilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq.

Region filialları üzrə ilk olan Gəncə 24/7 elektron xidmət mərkəzi onun göstəricisidir ki, Kapital Bank paytaxt ilə paralel Region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Bundan öncə Bakı üzrə Nərimanov, Mərkəz, 28 May, Qara Qarayev, İçərişəhər filiallarında 24/7 elektron xidmət mərkəzlərini istifadəyə verib. Ötən aydan etibarən həmçinin Abşeron, Sumqayıt, Şuşa, Əhmədli, Binəqədi və Bərdə filiallarında xarici ödəmə terminallarını quraşdırılıb. Həmin terminallar vasitəsi ilə müştərilər kredit ödənişləri, plastik kart hesablarına mədaxil, büdcə, rabitə, sığorta, kommunal ödənişləri həyata keçirə bilərlər.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna, Dəmiryol, Lökbatan və ASAN Masallı şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08