Həbsdəki general: "Vəzifəm olub deyə, dələduzdan pulumu geri istəməyim?"
Digər
21 İyul 2017 13:17

Həbsdəki general: "Vəzifəm olub deyə, dələduzdan pulumu geri istəməyim?"


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Aydın Allahverdiyev ifadə verib.

Şahid dindirilən zaman qeyd edib ki, Ələsgər Əliyevlə birlikdə Mərdəkan qəsəbəsində torpaq sahəsi olub: "Torpağı MTN əməkdaşı Heydər İslamova satıblar. Sonradan Ələsgər Əliyev torpağın pulunu alsa da, sənədləşmə işini görə bilməyib. Heydər İslamov Ələsgərə hədə-qorxu gəlməyə başlayıb".

General  Elçin Quliyev buna  arayış verib: "Ələsgər Əliyev bizə torpaq satıb, torpaq sənədsiz olub. Mənim vəzifəm var deyə pulumu geri tələb edə bilmərəm? Bizə qarşı dələduzluq ediblər, məni aldadıblar".

Proses davam edir

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

 

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Digər təqsirləndirilən şəxslərdə eyni maddələrlə ittiham verilib

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08