“Kapital Bank” 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib
İqtisadiyyat
21 İyul 2017 13:41

“Kapital Bank” 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib


Bakı. 21 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küçəsi,24 ünvanında yerləşən "Gəncə" filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Yeni xidmət mərkəzində 24 saat ərzində ödəniş terminalları vasitəsi ilə kommunal və bank ödənişləri, ATM vasitəsi ilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq: “Region filialları üzrə ilk olan "Gəncə 24/7" elektron xidmət mərkəzi onun göstəricisidir ki, “Kapital Bank” paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Bundan öncə Bakı üzrə Nərimanov, Mərkəz, 28 May, Qara Qarayev, İçərişəhər filiallarında 24/7 elektron xidmət mərkəzlərini istifadəyə verib. Ötən aydan etibarən həmçinin Abşeron, Sumqayıt, Şuşa, Əhmədli, Binəqədi və Bərdə filiallarında xarici ödəmə terminallarını quraşdırılıb. Həmin terminallar vasitəsi ilə müştərilər kredit ödənişləri, plastik kart hesablarına mədaxil, büdcə, rabitə, sığorta, kommunal ödənişləri həyata keçirə bilərlər”.
Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08