81 yaşlı atasını diri-diri yandıran oğul MƏHKƏMƏ QARŞISINDA
Ölkə
21 İyul 2017 13:44

81 yaşlı atasını diri-diri yandıran oğul MƏHKƏMƏ QARŞISINDA


81 yaşlı atasının üstünə benzin tökərək yandırıb öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası iyulun 24-nə təyin edilib.
 
Qeyd edək ki, qətl bu il yanvarın 31-də Maştağada baş verib. İmdad Mehdiyevlə oğlu İlyas Mehdiyev ailə münaqişəsi zəminində mübahisə ediblər.
 
Sonda İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu yandırıb.
 
İlkin məlumata görə, cinayəti törədən 31 yaşlı İlyas Mehdiyev içkili olub. O, atasından pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğul arasında davası düşüb. Sonda da dəhşətli qətl baş verib.
 
İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsüsi amansızlıqla qətl törətmək) maddəsi ilə təqsirli bilinir.
 
81 yaşlı İmdad Mehdiyev "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13