ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək
Dünya
21 İyul 2017 13:48

ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək


ABŞ öz vətəndaşlarına Koreya Xalq Demokratik Respublikasına səyahətləri qadağan etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, “turaqentstv” saytına istinadən BBC bildirib.

“Koryo Tours” və “Young Pioneer Tours” turizm şirkətləri iddia edir ki, qadağa rəsmən iyulun 27-də elan ediləcək, amma bundan 30 gün sonra qüvvəyə minəcək.

Vaşinqton bu informasiyanı rəsmən təsdiq etməyib.

Qeyd edək ki, məhz “Young Pioneer Tours” şirkəti ABŞ vətəndaşı Otto Vombieranın Koreya Xalq Demokratik Respublikasına səfərini təşkil etmişdi. O, bannerin oğurluğuna görə Şimali Koreya hakimiyyəti tərəfindən həbs edilərək 2016-cı ilin martında 15 il azadlıqdan məhrum edilib. 2017-ci ilin iyununda Pxenyan onu azad etməyə qərar verib. Tələbə koma vəziyyətində ABŞ-a aparılıb və bir neçə gün sonra ölüb.

Bəzi məlumatlara görə, ABŞ-ın daha üç vətəndaşı Koreya Xalq Demokratik Respublikasında həbsdədir.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13