ARDNF proqram təminatı və texniki xidmətlər almaq istəyir
İqtisadiyyat
21 İyul 2017 14:01

ARDNF proqram təminatı və texniki xidmətlər almaq istəyir


Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) elektron sənəd dövriyyəsinin təşkilinə dair proqram təminatının (lot-1), eləcə də dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi üzrə texniki xidmətin (lot-2) satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 100 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 23-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 5-nə qədər Fondun Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Tenderlə əlaqədar suallar və sorğular TSK2017@oilfund.az elektron poçt ünvanına və yaxud (012) 565 87 55 nömrəli faksa göndərilə bilər. Telefon: (012) 497 77 53. Əlaqələndirici şəxslər lot-1 üzrə kargüzarlıq məsələlərində Çəməngül Mustafayeva (daxili: 1 001), texniki məsələlərdə Orxan Şahverdiyev (daxili: 1 202), kadr məsələlərində Ofeliya Əsgərzadə (daxili: 8 002), Lot-2 üzrə Nailə Məmmədli (daxili: 9 005), hüquqi məsələlərdə Fatimə Səlimlidir (daxili: 8025).
Təkliflərə sentyabrın 6-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08