Öldürdü, gözlərini çıxartdı, sonra soyunub sevişməyə başladı: iki bacıdan DƏHŞƏTLİ ADDIM  - FOTO/VİDEO
Ölkə
21 İyul 2017 14:23

Öldürdü, gözlərini çıxartdı, sonra soyunub sevişməyə başladı: iki bacıdan DƏHŞƏTLİ ADDIM - FOTO/VİDEO


1933-cü ildə bütün Fransanı dəhşət bürüdü. Le-Man şəhərinin sakinləri öz xidmətçiləri tərəfindən qətlə yetirilmişdi. Öldürülənlər ana və qızı idi, öldürənlər isə ailə ilə bir damın altında yaşayan xidmətçi Papen bacıları...

Publika.az xəbər verir ki, azğın bacılar öz qurbanlarını öldürdükdən sonra gözlərini oyub, çıxarmış sonra isə, simlarını tanınmaz hala gətirmişdilər. Ən qəribəsi o idi ki, bacılar qətli törətdikdən sonra qaçmağa cəhd etmək əvəzinə yataqda çılpaq sevişməyə başlamışdılar. Polis əməkdaşları məkana daxil olanda gördükləri bu mənzərədən şoka düşmüşdülər.

Bu hadisə ev sahibinin qonşularını da, heyrətə gətirmişdi. Axı necə ola bilərdi ki, mələk simalı bu baclar bir gecənin içərisində qaniçən canilərə çevrilmişdilər?! Bəziləri bu cinayətin siniflər arasında mübarizə, digərləri isə, psixi pozğunluqla bağlı olduğunu bildirirdilər. Bacılar arasında intim münasibətlərə isə, heç kim açıqlama gətirə bilmirdi.

Müxtəlif nəzarət kameralarında saxlanan bacılar nəzarətçilərin gözü önündə bir-birini səsləyir, seksual fantaziyalarını dilə gətirir, bəzən isə özlərinə xətər yetirirdilər. Bu hal böyük bacı Kristində daha çox təkrarlanırdı.

Bir dəfə Kristin nəzarətçiləri yanına çağırıb bütün günahı öz üzərinə götürdü. O dedi ki, madam və madmuazel Lanselenləri özü öldürüb, bacısının heç bir günahı yoxdur. Məhkəmə bu etirafın doğru olmadığını tezliklə anladı, çünki kiçik bacı Leya da, günahı öz üzərinə götürürdü.

1933-cü ildə baş tutan məhkəmədə zalda və binanın qarşısında böyük izdiham var idi. Bu hadisə Fransanın ən sensasiyalı məhkəməsi kimi tarixə düşüb. İnsanlar məhkəmə zalında çıxış edən bacıların söylədiklərinə həddən artıq həssas reaksiya verirdilər. Buna görə də zalda tez-tez fasilə elan edilirdi.

Nəhayət, məhkəmə qərarını açıqladı. Böyük bacı Kristin hər iki ölümdə günahkar bilinərək, edam hökmünə, kiçik bacı Leya isə, yalnız bir ölümdə təqsirli hesab olunaraq, həbs cəzasına məhkum edildi. Kristin öz edam hökmünü eşidər-eşitməz ayaqları tutuldu və yerə yıxıldı.

Psixoloqlar və istintaq qrupu uzun müddət bacılar haqda daha ətraflı məlumat toplamağa səy göstərdilər. Məlum oldu ki, Lanselen ailəsində xidmətçi kimi çalışan Leya sakit və səbirli işçi olub, ailənin aşpazı olan Kristin isə, öz hədsizliyi ucbatından tez-tez madam Lanselendən töhmət alır, təhqir olunurmuş.

Müasir pxisiatriya mütəxəssisləri hesab edirlər ki, Kristinin ciddi psixi problemləri olub. Təəssüf ki, o dövrdə bu xəstəliyin adı bilinmirdi. İstintaq zamanı həmçinin bəlli oldu ki, bacılar cəmi 1 saat ərzində öz sahibələrini qətl edib, onların simasını qorxunc hala gətirmişdilər.

Kristinin ölüm hökmü ömürlük həbs cəzası isə əvəzlənir. Onu Fransanın ucqar kəndlərinin birində yerləşən cəzaçəkmə müəsisəsinə yollayırlar. Burada sevimli bacısını yoxluğunda yeməkdən və sudan imtina edir, günbəgün zəifləyirdi. 1937-ci ildə həddən artıq arıqlayan Kristin dünyasını dəyişir.

Leya isə, əksinə həbsdə özünü təkmilləşdirib, həyatını tamam dəyişir. 8 ildən sonra azadlığa çıxan gənc qız anası ilə birgə Nant şəhərində yaşamağa başlayır.

Qızların başına gələn bu qorxunc hadisənin ailədən qaynaqlandığı bəlli oldu. Məlum oldu ki, onların babası genetik yolla ötürülən epilepsiyadan əziyyət çəkirmiş. Ataları isə, tez-tez içib, öz qızını - Leya və Kristinin kiçik baclarını körpəlik dövründən zorlayırmış.

Emili adlı bədbəxt bacı 16 yaşı tamam olan kimi ailəsinin əlindən monastıra qaçır. Kristin və Leya isə, öncə dayısının himayəsində sonra isə, varlı insanların malikanələrində xidmətçi kimi yaşayırdılar.

Psixiatrlar Leya ilə Kristininın bir-birinə həddən artıq bağlılığını, fanatik sevgilərini problemli ailədə böyüməkləri ilə əlaqələndirirlər. Onlar uzun müddət cəmiyyətdən təcrid olunmuş halda Lanselenlərin malikanələrində yaşayıblar. Bir-birindən başqa heç kimlə ünsiyyətdə olmadıqlarına görə də, bütün sevgilərini, qayğılarını, hətta seksual fantaziyalarını birgə bölüblər.

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08