Ukrayna mətbuatı: "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir"
Ölkə
21 İyul 2017 14:24

Ukrayna mətbuatı: "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir"


Ukraynalı jurnalist Oleq Melniçenko yerli mətbuatda Ermənistan rəhbərliyinin vandal siyasətini pisləyən "Sarkisyan Ermənistanı Şimali Koreyanın aqibətinə sürükləyir" başlıqlı yazı ilə çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, www.asn.in.ua informasiya portalında dərc olunan müəllif yazısında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın mülki şəxslərinin - iki yaşlı Zəhranın və onun nənəsinin öldürülməsini kəskin şəkildə qınayıb.

"Mülki şəxslərə qarşı əməliyyata Yerevanda kimin rəhbərlik etdiyini təsəvvür etmək çətindir. Bəlkə Sarkisyan 63 illiyi ilə bağlı atəşfəşanlıq arzusuna düşüb və bu əməliyyatı həyata keçirib. Yaxud əyyaş, sərxoş komandirləri silahsız insanları atəşə tutub. Görünür, Ermənistan hakimiyyəti bu cinayətə izahat verməyə tələsmir və ya buna heç hazırlaşmır da", - deyə müəllif Melniçenko vurğulayır.

Yazıda daha sonra qeyd olunur: "Əgər Sarkisyanın Dağlıq Qarabağ münaqişəsində komandir olmasından tutmuş, prezidentlik dövrünə qədər hadisələrin xronologiyasına nəzər salsaq, görərik ki, onun iştirakı, əmri ilə minlərlə uşaq və qadın ölüb".

G20 ölkələri liderlərinin sammitində bu hadisələrə biganə yanaşılmasının təəccüb doğurduğunu bildirən müəllifin fikrincə, BMT Alxanlı kəndində törədilən terror aktını müzakirəyə çıxarmağa borcludur.

"Sarkisyan həm körpə Zəhranın qətli, həm də digər oxşar hərəkətlərlə Bakı və bir çox Avrasiya ölkələri ilə münasibətlərdə elə bir mövqe tutub ki, geriyə yolu qalmayıb. Bu səbəbdən də həmin ölkələr tərəfindən ən yaxın gələcəkdə təcili sanksiya reaksiyası gözləniləndir. Ermənistanın dünyadan təcrid olunmuş Şimali Koreyanın aqibətini yaşayacağını, Sarkisyanın başına isə Kim Cen Inın tacının qoyulacağını yalnız zaman göstərəcək", - deyə müəllif yazısında qeyd edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08