"Bakcell"in dəstəyi ilə "Təhsil Avtobusu-2017" Yay Məktəbi başlayır
Texnologiya
21 İyul 2017 14:33

"Bakcell"in dəstəyi ilə "Təhsil Avtobusu-2017" Yay Məktəbi başlayır


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Təhsil Nazirliyi, “ENGİN” şirkəti və "Kapital Bank"ın təşkilatçılığı ilə "Azərbaycan üçün Öyrət’’ təhsil proqramı çərçivəsində 24-31 iyul tarixlarində “Təhsil Avtobusu - 2017” Yay Məktəbi keçiriləcək.

Şirkətdən Publika.az-a verilən məlumata görə, Yay Məktəbinin məqsədi bölgələrdə yaşayan və ya təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına təsir etmək, onlara informasiya texnologiyalarından karyera inkişafında istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar vermək, eləcə də həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına stimul verməkdir. Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.

Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək “Təhsil Avtobusu - 2017” Bakcell şirkəti tərəfindən təchiz edilmiş yüksəksürətli internetlə təmin olunacaq.

Qeyd edək ki, "Azərbaycan üçün Öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.

Xatırladaq ki, Bakcell eyni zamanda Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində digər qurumlarla da uğurlu əməkdaşlığını davam etdirir. Belə ki, şirkət UAFA (Azərbaycana Birgə Yardım təşkilatı) və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən müxtəlif layihələrə öz dəstəyini göstərməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında müsbət dəyişikliklər yaratmağa çalışır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13