Lapşin Rusiyaya verilir? - Ədliyyə Nazirliyi
Digər
21 İyul 2017 14:47

Lapşin Rusiyaya verilir? - Ədliyyə Nazirliyi


Rusiya Ədliyyə Nazirliyi bloqer Aleksandr Lapşinin müraciəti əsasında onun Rusiyaya verilməsi proseduru ilə məşğul olmağa hazır olduğunu bəyan edib.
 
APA-nın RİA"Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Ədliyyə Nazirliyinin mətbuat katibliyi məlumat yayıb.
 
“Azərbaycan Respublikasının məhkəmə hökmü qüvvəyə minəndə və Lapşin Rusiyaya verilməklə bağlı müvafiq orqanlara müraciət etsə, 1998-ci il Konvensiyasıya uyğun olaraq, Ədliyyə Nazirliyi Azərbaycanın Ədliyyə Nazirliyi qarşısında onun Rusiyaya verilməsi proseduruna başlayacaq”, - deyə məlumatda deyilir.
 
Rusiya Ədliyyə Nazirliyi qeyd edir ki, Konvensiyaya əsasən, məhkum edilənin özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili istər Rusiya, istərsə də Azərbaycanın Ədliyyə Nazirliyinə müvafiq müraciət edə bilər. Məhkumun digər ölkəyə verilməsi üçün onun şəxsi razılığı və hökmün qüvvəyə minməsi əsas şərtlər arasındadır.
 
A. Lapşinin hökm ilə bağlı şikayət verib-verməməsi hələlik məlum deyil.
 
Qeyd edək ki, Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
 
 A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub.
 
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin  318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
A. Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08