“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə
İdman
21 İyul 2017 15:04

“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" bəzi azərbaycanlı azarkeşlərə müraciət edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Moldova klubu Facebook istifadəçisi olan "Qarabağ"ın fanatlarını onları təhqir etməməyə çağırıb.

"Hörmətli azərbaycanlı dostlar.

Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura "Şerif"in rəsmi səhifəsidir. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür" - deyə "Şerif"in rəsmi Facebook səhifəsi xəbərdarlıq edib.

Xatlrladaq ki, bir qrup azərbaycanlı azarkeş klublarımızın avrokuboklarda rəqibləri bəlli olduqdan sonra qarşı tərəfin sosial şəbəkələrindəki səhifələrində həmin komanda barədə təhqiramiz şərhlər yazırlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08