"Panatinaikos"un legioneri: ""Qəbələ" yaxşı komandadır"
İdman
21 İyul 2017 15:14

"Panatinaikos"un legioneri: ""Qəbələ" yaxşı komandadır"


"Alkmaar" kimi güclü rəqibə qarşı yaxşı oyun oldu. Fikrimcə, özümüzü artıq hazır saymaq olar".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Panatinaykos"un yarımmüdafiəçisi Omri Altman deyib.

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi dünən yoxlama görüşündə "Alkmaar" üzərində 2:1 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra fikirlərini bildirən Afina klubunun israilli futbolçusu komandasını yeni mövsümə hazır sayır. "Panatinaikos"un yeni transferi "Qəbələ" ilə qarşıdakı matçlara da toxunub: "Gələn həftəyə qədər 100 faiz hazır olmalıyıq. Çünki bizim üçün avrokubok mövsümü başlayır və rəsmi matçlar fərqlidi. O ki qaldı rəqibə, açığı, "Qəbələ" barədə heç nə bilmirəm. Əgər III təsnifat mərhələsindədirsə, deməli, yaxşı komandadı".

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun avqustun 27-də Afinada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08