Ermənistanda psixoloqunu öldürən şəxs saxlanılıb
Dünya
21 İyul 2017 15:21

Ermənistanda psixoloqunu öldürən şəxs saxlanılıb


Bakı. 21 iyul. REPORT.AZ/ Ermənistan hüquq-mühafizə orqanları "AYQ" ("АЙГ") Psixoloji Xidmət Mərkəzinin direktoru Ruben Poqosyanı öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.
"Report" "Sputnik-Армения"ya istinadən xəbər verir ki, saxlanılan şəxs onun pasiyenti olmuş 1983-cü il təvəllüdlü A.Ambartsumyandır. 
Qeyd edək ki, iyulun 17-də "AYQ" Psixoloji Xidmət Mərkəzinin direktoru Ruben Poqosyan kəsilmiş-deşilmiş yaralar və güclü qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. İyulun 19-da R.Poqosyan vəfat edib.
İstintaqın ehtimallarına görə, növbəti dəfə psixoloqun qəbuluna gələn A.Ambartsumyan "AYQ" mərkəzinin bağçasında R.Poqosyana kağız kəsmək üçün istifadə edilən bıçaqla bir neçə zərbə endirib. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08