DIM-in "Çağrı" mərkəzi fəaliyyətə başlayıb
Digər
21 İyul 2017 15:22

DIM-in "Çağrı" mərkəzi fəaliyyətə başlayıb


 

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi fəaliyyətə başlayıb.


DİM-dən Lent.az-a verilən məlumata görə, “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar telefonla onları maraqlandıran suallar –ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları, müsabiqə şərtləri, imtahan tarixləri və s. barədə məlumat ala, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.

 

“Çağrı” mərkəzinə müraciət etmək üçün şəhər telefonlarından birbaşa «1653» nömrəsinə ödənişsiz, mobil operator nömrələrindən isə ödənişli olaraq zəng edə bilərsiniz.

 

”Çağrı” mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək (fasilə 13:00–14:00) xidmət göstərir.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08