Güzəştli mənzil almaq istəyən vətəndaşlara kredit verəcək bank bəlli oldu
Ölkə
21 İyul 2017 16:24

Güzəştli mənzil almaq istəyən vətəndaşlara kredit verəcək bank bəlli oldu


Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzil almaq istəyən vətəndaşlara ipoteka kreditlərini verəcək bir bankı seçib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, ilk olaraq "Kapital Bank"la müqavilə bağlanıb.
"Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq güzəştli ipoteka kreditləri "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və "MİDA" MMC ilə əməkdaşlıq müqaviləsini bağlayan agent banklar vasitəsilə yararlana bilər.

"Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətində bu Qaydanı rəhbər tutan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılacaq güzəştli mənzillərin qiymətinin yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən daha aşağı olması əsas güzəştlərdən biridir. Eyni zamanda, daha bir güzəşt vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunacaq mənzilləri güzəştli ipoteka krediti ilə əldə etmək imkanıdır. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına 30 ilədək müddətə verilən güzəştli ipoteka kreditinin illik faiz dərəcəsi 4%, ilkin ödəniş isə mənzilin satış qiymətinin 10%-ni təşkil edir".

Ötən müddət ərzində bunun üçün Agentlik İpoteka Fondunun 25 müvəkkil bankına müraciət edib. Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC ilə əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı "Kapital Bank" ASC olub.
Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən "Kapital Bank" ASC və "MİDA" MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 19.07.2017-ci il tarixində imzalanıb.

Qeyd edək ki, Azərbaycanın bank sektorunda xüsusi çəkisi olan "Kapital Bank" ən böyük filial şəbəkəsinə malik maliyyə qurumlarındandır. 3 milyondan çox fiziki şəxsə və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərən "Kapital Bank" ASC-nin xidmət şəbəkəsi 92 filialı və 7 şöbəsi ilə bütün ölkəni əhatə edir. Eyni zamanda, "Kapital Bank" dövlət sosial proqramlarının icrası sahəsində də geniş təcrübəyə malikdir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08