Qarpız çəki artırır?
Sağlamlıq
21 İyul 2017 16:42

Qarpız çəki artırır?


Yay aylarının ən dadlı meyvələrindən biri də qarpızdır. Süfrələrin vazkeçilməzi olan qarpızla bağlı düşündürən məsələ isə, onun çəki artırmasıdır.

Metbuat.az xəbər verir ki, tərkibinin 90 faizi su olan qarpız C, A və B6 vitamini baxımından da olduqca zəngindir. Xəfif tərkibi və bol lif ehtiva etməsi ilə pəhrizdə olanlara məsləhət görülür.

Qarpızı az miqdarda istifadə etmək orqanizm üçün faydalıdır, ancaq hər meyvə kimi həddindən artıq yeyildiyi zaman tərkibindəki şəkər çəki almağınıza səbəb ola bilər. Bu vəziyyət tez acmağınıza səbəb olur. Qarpızın normadan çox istehlakı mədədə qaz və şişkinlik kimi problemlər meydana gətirir.

Qarpız neçə kaloridir?

150 qram qarpız 50 kaloridir. Günorta yeməyindən sonra bir porsiya qarpız yemək həm qidalandırıcı, həm də az kalorili bir alternativdir.

Qarpızın içindəki vitaminlər:

100 qram qarpız: gündəlik A vitaminin 11 faizini, C vitamini ehtiyacının 13 faizini, B6 vitamini ehtiyacının 2 faizini qarşılayır.

100 qram qarpız: gündəlik kalsium ehtiyacının bir faizini, dəmir ehtiyacının bir faizini, maqnezium ehtiyacının 2 faizini, kalium ehtiyacının 3 faizini, manqan ehtiyacının 2 faizini qarşılayır.

Aysel Yaqubqızı / Metbuat.az

Qarpızlı zəncəfillin inanılmaz FAYDASI - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08