ABŞ-da ilk azərbaycanlıdır ki, o səhnəyə çıxır - FOTOlar
Maraqlı
21 İyul 2017 16:44

ABŞ-da ilk azərbaycanlıdır ki, o səhnəyə çıxır - FOTOlar


ABŞ-ın məşhur "Broadway" rəqs mərkəzində ilk dəfə azərbaycanlı qız səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Elya Osman rəqs karyerası qurmaq üçün Nyu-Yorka köçüb və orada müxtəlif proqramlarda çıxış edərək mükafatlar qazanıb.

Latın Amerikası rəqslərinin peşəkar ifaçısı olan Elya eyni zamanda balet, hip-hop, hauz və müxtəlif rəqs növləri ilə məşğuldur. O, bu yaxınlarda yayımlanacaq "T E N E T" qısa rəqs filmində də yer alıb. Filmin xareoqrafı Sarah Esser, rejissoru isə Ceyson Diazdır.

Elya O. Nyu-Yorkda qızlardan ibarət "Scarlet" rəqs qrupunun üzvüdür. Həmyerlimiz Emili Vetçin rəhbərlik etdiyi "Glitter Kitty" prodakşnı ilə də əməkdaşlıq edir.

Elya bir müddət əvvəl Latın rəqslərinin nümayiş olunduğu ən prestijli tədbirlərdən olan "Salsamania NYC" və "Candela Fridays"da ilk dəfə solo debüt edib, son performansı isə iyulun 17-də baş tutub. O, Nyu-Yorkda "Taj Mondays" salsa günlərində məşhur xareoqraf Talio Kastro-Pozonun rəhbərliyi altında səhnəyə çıxıb. 

Qeyd edək ki, Elya iki il əvvəl ABŞ-ın məşhur ABC telekanalında rəqsini nümayiş etdirib, 2012-ci ildə isə Bollivud filmi olan "Cocktail"də rəqs ifaçısı kimi yer alıb. Bu il isə Zee TV-də nümayiş olunan və münsiflər heyətində tanınmışların olduğu "Dance USA 2017"də çıxış edib. Elya indiyə qədər Şeyla Barker, Salim Qauilus, Andrea Ualker və başqa məşhur xareoqrafların hazırladığı rəqs nömrələrində görünüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13