Dollar Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşır
Digər
21 İyul 2017 16:46

Dollar Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşır


Bakı. 21 iyul. REPORT.AZ/ ABŞ dollarının məzənnəsi Prezident Donald Trampın fəaliyyətinin araşdırılması səbəbindən ucuzlaşmağa davam edir. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ-da Trampın prezidentlik kampaniyasını və onun Rusiya ilə münasibətlərini araşdıran prokuror fəaliyyət dairəsini daha da genişləndirərək Trampın şirkətlərinin və münasibətdə olduğu insanların pul dövriyyələrini də incələməyə başlayıb.
Federal Araşdırmalar Bürosu (FBI) tərəfindən rusların Trampın inşaatlarından aldığı əmlaklar, Nyu-Yorkdakı "SoHo"da Trampın ruslarla əlaqələri və Trampın rus oliqarxa 2008-ci ildə Floridada satdığı malikanə satışı araşdırılır.
Bu xəbər dolların qlobal valyuta bazarında ucuzlaşmasına səbəb olub. Belə ki, dünən ECB sədri Mario Draginin qarışıq açıqlamalarından sonra dollar Tramp xəbəri ilə avroya qarşı ucuzlaşaraq son 2 ilin minimal səviyyəsinə enib. Qeyd edək ki, hazırda məzənnə 1,1640 USD/EUR səviyyəsində qərarlaşıb.
"Report"un analitik qrupu dolların məzənnəsinin süni şəkildə ucuzlaşdırıldığını və bunun ABŞ iqtisadiyyatına ixracın artması və idxal inflyasiyasının artması şəklində müsbət təsir göstərəcəyini bildirir: "Məzənnənin ilin sonuna qədər 1,20 USD/EUR səviyyəsinə qədər arta biləcəyi, lakin sonradan FED-in uçot dərəcəsini daha sürətlə artırması səbəbindən dolların möhkəmlənərək avro ilə paritetə doğru irəliləyəcəyini ehtimal edirik. Bu isə növbəti qlobal maliyyə böhranının yaranmasına, xammal qiymətlərinin kəskin düşməsinə səbəb ola bilər". 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13