Üç qızı götürüb kafeyə getdi, başına gəlməyən qalmadı – QORXUNC OLAYIN TƏFƏRRÜATI
Ölkə
21 İyul 2017 16:48

Üç qızı götürüb kafeyə getdi, başına gəlməyən qalmadı – QORXUNC OLAYIN TƏFƏRRÜATI


Bakıda qız üstündə bıçaqlanma hadisəsi törədən 1987-ci il təvəllüdlü Rəhman Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Rəhman Qəhrəmanov əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham edilib və islah işləri cəzasına məhkum olunub. O, bu ilin fevralın 27-də Keşlə qəsəbəsində kafedə Ədalət Həsənovu bıçaqlayıb.

Rəhman Qəhrəmanov “Köylü” kafesində pivə içən zaman Ədalət Həsənov iki dostu və 3 qızla həmin kafeyə gəlib. Onlar Rəhman Qəhrəmanova yaxın olan masalardan birinə əyləşiblər.

Həmin vaxt Rəhman Qəhrəmanovun qızlara baxmasına Ədalət Həsənov əsəbiləşib. O, Rəhman Qəhrəmanovun baxmasına etiraz edib və aralarında mübahisə yaranıb.

Daha sonra onlar mübahisələrini kafedən kənarda davam etdiriblər. Gənclər arasında olan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman Rəhman Qəhrəmanov özündə olan bıçaqla Ədalət Həsənovu vurub.

Ədalət Həsənovun vaxtında xəstəxanaya yetişdirilməsi səbəbindən həyatını xilas etmək mümkün olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Rəhman Qəhrəmanov həbs edilib.

Rəhman Qəhrəmanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa xəsarət yetirmə) maddəsilə ittiham edilir.

Rəhman Qəhrəmanov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O deuib ki, əvvəllər zərərçəkmişi tanımayıb.

Rəhman Qəhrəmanovun sözlərinə görə, kafedə olan zaman Ədalət Həsənov da ora gəlib: “Ədaləti orada ilk dəfə görmüşəm və tanımışam. Həmin kafedə masada tək əyləşmişdim, pivə içirdim. Ədalət Həsənovgil 3 oğlan, 3 qız idilər. Onlar məndən soldakı masada əyləşmişdilər. Bu zaman Ədalət mənə “bizə baxırsan” deyərək üstümə gəldi. Onlara baxmadığımı dedim. Buna əhəmiyyət vermədilər. Ədalətin yanında olan, adlarının sonradan Emin və Nicat olduğunu bildiyim şəxslər də üstümə gəldilər. Onlar məni kafedə döyməyə başladılar”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ədalət Həsənov və onun yanında olan digər iki oğlan onu çölə çağırıblar: “Fkirləşdim ki, məni öldürəcəklər. Buna görə də ofisiantdan limon doğramaq üçün aldığım bıçağı stolun üstündən götürərək cibimə qoydum. Sonra onların yanına getdim. Orada hər üçü üstümə gəldi. Özümü müdafiə etmək məqsədilə bıçağı cibimdən çıxardım, onlara tərəf silkələdim. Bu zaman bıçaq Ədalətə dəydi. Sonra oradan getdim”.

Rəhman Qəhrəmanov ofisiantdan bıçağı almasını belə izah edib: “Ofsinata bütöv limon gətirməsini sifarş verdim. Sonra limonu doğramaq üçün bıçaq istədim. Ofsiantda mənə bıçaq gətirdi. Bıçaqla limonu dörd yerə böldüm və suyunu pivə ilə içməyə gətirilmiş pendirə vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, anası ilə birlikdə yaşayır: “Anam evdar qadındır, mən isə evin qazanc gətirəni olmuşam. Tikinti sahələrində fəhləlik etmişəm və dolanmışam”.

Hakimin “eviniz yox idi, gecə yarı kafelərdə gəzirdin” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Tikintidə fəhləlik etdiyim üçün yorulurdum. İşdən çıxandan sonra kafeyə gəlmişəm və yorğunluğum çıxsın deyə pivə içmişəm. Pivəmi içəndən sonra evə gedəcəkdim”.

Suallara cavab verən Rəhman Qəhrəmanov hadisənin qız üstündə baş vermədiyini deyib. O bildirib ki, Ədalətgilin yanında olan qızlara baxmayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəni törədəndən sonra evlərinə getməyib və evlərinin yaxınlığında olan parkda gəzişib. Onun sözlərinə görə, sonra təslim olmaq üçün polis bölməsinə gedib və törətdiyi əməli etiraf edib.

Növbəti proses iyulun 26-da davam edəcək.

Hacı Zeynalov

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13