Elmar Məmmədyarov XI Yay Enerji Məktəbinin bağlanış mərasimində iştirak edib - FOTO
Ölkə
21 İyul 2017 17:24

Elmar Məmmədyarov XI Yay Enerji Məktəbinin bağlanış mərasimində iştirak edib - FOTO


Xarici işlər naziri Elmar Məmmədyarov 9-21 iyulda ADA Universiteti tərəfindən təşkil olunan XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib.

Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çıxış zamanı E.Məmmədyarov Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açıb, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusilə qeyd edib. Çıxış əsnasında nazir iştirakçıların Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barəsində suallarını cavablandırıb.

Tədbirin sonunda yay məktəbinin məzunlarına müvafiq sertifikatlar təqdim olunub.

XI Yay Enerji Məktəbinin bu ilki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraildən nümayəndələr olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08