Jurnalistlər üçün hərbi sahədə seminarların keçirilməsi nəzərdə tutulur
Ölkə
21 İyul 2017 17:44

Jurnalistlər üçün hərbi sahədə seminarların keçirilməsi nəzərdə tutulur


Jurnalistlər üçün hərbi sahə ilə bağlı seminarların təşkil edilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin birinci, general-mayor Zaur Abdullayev bunu 22 iyul - Milli Mətbuat Günü ərəfəsində bir qrup jurnalistlə görüşündə bildirib.



Xidmətin rəis müavininin sözlərinə görə, seminarların böyük ehtimalla 2018-ci ildə gerçəkləşməsi gözlənilir: "Əslində biz bunu hələ 2016-cı ildən təşkil etmək istəyirdik, lakin bəzi məsələlərə görə bir qədər yubandı. Biz istəyirik ki, seminarların daha keyfiyyətli və effektli alınması üçün təkcə bizim Xidmətin yox, digər hərbi və hərbi yönümlü strukturların da nümayəndələri məruzəçi qismində cəlb olunsunlar".

General-mayor Z.Abdullayevin sözlərinə görə, bu seminarlarda həm SHXÇDX, həm də ordu və hərbi ilə bağlı digər dövlət qurumlarını və onların onun iş prinsipi barədə ətraflı ətraflı məlumat verilməsi nəzərdə tutulur.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13