"Roma" serb müdafiəçini transfer etməyə hazırlaşır
İdman
21 İyul 2017 17:44

"Roma" serb müdafiəçini transfer etməyə hazırlaşır


"Mançester Siti"nin müdafiəçisi Aleksandr Kolarov karyerasını İtaliyada davam etdirə bilər. "Qalatasaray" və "Beşiktaş"ın maralandığı futbolçunun "Roma" klubuna keçəcəyi gözlənilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt klubu serb oyunçu üçün 5.8 milyon funt ödəməyə razılaşıb. 31 yaşlı müdafiəçinin "Roma"da illik məvacibi 4.5 milyon avro ola bilər.

Ötən mövsüm Premyer Liqada 29 oyuna çıxan Kolarov 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, karyerası ərzində "Crvena Zvezda" və "Lazio"nun da şərəfini qoruyub. Kolarov 2010-cu ildən "Mançester Siti"də çıxış edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08