BAKIDA İNANILMAZ HADİSƏ: Qızılla dolu oyuncaq avtobusda qaldı
Ölkə
21 İyul 2017 17:48

BAKIDA İNANILMAZ HADİSƏ: Qızılla dolu oyuncaq avtobusda qaldı


Bakıda maraqlı hadisə baş verib.

Paytaxt sakini, 1962-ci il təvəllüdlü Vəliyeva Diana Əli qızı polisə müraciət edərək bildirib ki, 4 min manatlıq qızıl-zinət əşyalarını avtobusda unudub.

Şikayətçi bildirib ki, iyulun 20-də “Baku Bus” şirkətinə məxsus 3 saylı marşrut avtobusunda olarkən əlində gəzdirdiyi ayı oyuncağını düşərkən unudub. Həmin oyuncağın içində isə qadının gizlətdiyi təxmini dəyəri 4 min manat olan qızıl əşyalar olub. D.Vəliyeva əlavə edib ki, avtobusu Nəsimi rayonu Mərdanov qardaşları küçəsində tərk edib.

Müraciət əsasında araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Baku Bus”a məxsus avtobuslarda salona nəzarət etmək üçün kameralar quraşdırılıb. (lent.az)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22