Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi
Dünya
21 İyul 2017 18:34

Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi


Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkə qanunvericiliyinə uyğun olaraq ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafzə orqanlarında, güc strukturlarında, bəzi dövlət qulluğunda çalışa bilməz.

Tacikistan DİN-dən verilən məlumata görə, həmin şəxslər Tacikistan vətəndaşı olmaqla yanaşı, Rusiya vətəndaşları da olublar.

Artıq çəkiyə görə DİN-dən azad edilən əməkdaşlarla yanaşı, 21 milis işçisi də işdən azad edilib.

Məlumatda qeyd olunur ki, artıq çəkiyə görə hüquq-mühafizə orqanlarından azad edilən işçilər müvafiq çəkiyə uyğun arıqlasalar, yenidən işə bərpa olunacaqlar. Tacikistanda milis işçiləri üçün boy və çəki standartları 168-170 sm və 75 kiloqrama qədə çəkidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13