Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi
Ölkə
21 İyul 2017 18:44

Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi


Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şikayət ETSN-in 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən  kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna  göndərilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13