Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib
Ölkə
21 İyul 2017 18:46

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib


Şamaxı. 21 iyul. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunda torpaq uçqunu baş verib, iki nöqtədə yol çöküb. Avtomobillərin rahat hərkətini təmin etmək məqsədi ilə yolda təmir işlərinə başlanılıb. 
"Report"un Şiravn bürosunun xəbərinə görə, dünən axşam yolun 106-107-ci km-də iri torpaq yığını avtomobillərin intensiv hərkət etdiyi yola tökülüb. Səhər saatlarından etibarən yola tökülən torpaq kütləsi texnika vasitəsilə ərazidən təmizlənir.
Yerli sakinlərin sözlərinə görə, həmin ərazilərdə dəfələrlə sürüşmələr baş verib, hazırda isə uçqun səngimir. Yolun bu hissəsində baş verən torpaq uçqunun qarşısını almaq üçün istinad divarı çəkilsə də sürüşmənin qarşısını almaq qeyri mümkündür. Sonuncu sürüşmə nəticəsində torpaq kütləsi beton piltələrin üzərindən yola töklüb.
Ərazinin olduqca sürüşməyə meyilli olması və son günlər sürüşmələrin aktivləşməsi rayonun Yol İdarəsini hərəkətə gətirib. Bu səbəbdən baş verəcək ani torpaq uçqunlarına vaxtında müdaxilə etmək məqəsdi ilə həmin ərazidə texnika növbəli şəkildə saxlanılır. Yol Şamaxı rayon Yol İdarəsinin nəzarətindədir.
Yolun 109-132-ci km-də isə yol çöküb. Asfalt örtüyündə çalalar yaranıb. Bu da həmin ərazidə avtomobilərin hərəkətinə qisməndə olsa mənfi təsir edib. Bu səbəbdən sözü gedən ərazidə təmir işlərinə başlanılıb, çökmüş yola yeni asfalt vurlur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08