"Gizli xəzinələri ilə Türkiyəm" adlı foto-sərgi - FOTOlar
Digər
21 İyul 2017 19:24

"Gizli xəzinələri ilə Türkiyəm" adlı foto-sərgi - FOTOlar


Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə türkiyəli fotoqraf Sebahat Döğerin "Gizli xəzinələri ilə Türkiyəm" adlı foto-sərgisi keçirilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən institutun binasında sərginin açılış mərasimi olub.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təşkil olunan foto-sərginin Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafına kiçik bir töhfə olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı Mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi isə bildirib ki, bu sərgi 15 iyul çevriliş cəhdinin ildönümü ilə bağlı təşkil olunan Demokratiya və milli birlik günü tədbirləri çərçivəsində təşkil olunur.

Türkiyə Səfirliyi tərəfindən həftə ərzində silsilə tədbirlərin davam etdiriləcəyini deyən İ.Çiftçi qeyd edib ki, bundan sonra da Yunus Əmrə İnstitutu ilə birgə əməkdaşlıq davam etdiriləcək.

Öz növbəsində fotoqraf S.Döğer çıxış edərək bildirib ki, foto-sərgidə Türkiyənin bir-birindən gözəl tarixi və mədəni məkanları öz əksini tapıb.

Fotoqrafiya sənətinin incəliklərindən danışan S.Döğer qeyd edib ki, bu sərgi vasitəsilə vətəni Türkiyənin gözəlliklərini bütün dünyaya nümayiş etdirmək niyyətindədir: "Bu məqsədlə ilk sərgini qardaş Azərbaycanda keçirməyi qərara aldıq. İnanıram ki, bu sərgi hər kəsdə Türkiyə haqqında xoş təəssüratlar oyadacaq".

Daha sonra tədbirin açılış lenti kəsilib.

S.Döğerin öz obyektivi ilə Türkiyənin müxtəlif bölgələrində çəkdiyi 30-dan çox əsərinin nümayiş etdirildiyi sərginin açılış mərasiminə çox sayda sənətsevər qatılıb.

Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutunda təşkil olunan foto-sərgi iyulun 23-də başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08