Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
Digər
21 İyul 2017 23:47

Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub


Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

 

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə,  V.Putin görüşün mövcud regional problemlərin həllinin axtarılmasına yardım edəcəyinə ümid etdiyini söyləyib.

 

"Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam", deyə Rusiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.

 

Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib: "Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var".

 

Azərbaycan prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki, ikitərəfli münasibətlərə və regionunun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13