Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO
Maraqlı
22 İyul 2017 0:04

Doğulan kimi valideynlərinin qorxub atdığı uşaq HAMINI ÇAŞBAŞ SALDI - FOTO


Cano Lanster doğulandan düz 36 saat sonra valideynləri ondan imtina edib, başqa ailəyə övladlığa veriblər. Uşaq nadir genetik xəstəliklə doğulmuşdu. Bu xəstəliyin tibbi adı Triçer Kolinz sindromudur. Cono doğulan kimi, anası ona baxıb, dəhşətə gəldi. Elə o anda qışıqararaq bildirdi ki, bu uşaqdan imtina edir.

Milli.Az xəbər verir ki, bu genetik xəstəlik çox vaxt özünü hamiləlik dövründə göstərməyə başlayır. Körpə ana bətnindəikən üz sümükləri yanlış formalaşır, gözlər aşağıya doğru dartılır. Həkimlərin rəyinə görə, Cononun gələcəkdə gəzib-gəzməyəcəyi də, sual altında idi.

Eybəcər körpənin bəxti bir şeydə gətirir. Cin adlı qadın 1 aylıq Cononu övladlığa götürür. Onu öz oğlu kimi bəsləyib, böyüdür. 5 yaşı tamam olanda isə, bütün sənədləşmə işlərini tamamlayıb, Cononun rəsmi anası olur.

Həmin gündən düz 20 il keçir. Bugün Cono ağıllı və yaraşıqlı gənc oğlandır. O deyir ki, insan özü özünə dəyər verməlidir ki, ətrafdakılar onu xarici görünüşünə görə qiymətləndirməsinlər.

"Mən pozitiv insanam. Əsas xilaskarım da budur", - deyənCono idman zallarında zaman keçirməyi çox sevir. Bu məkan ona güc toplamaqda və həyata enerji ilə davam etməkdə yardımçı olur. Bu gün Cononun simasını plastik əməliyyatla daha estetik hala gətirmək olar. Lakin o düşünür ki, Allahın əsərinə düzəliş etmək düzgün deyil və əgər o, bu xarici görünüşlə doğulubsa, bunun da bir səbəbi var.

Bir il öncə Cono öz bioloji valideynlərinin axtarışına çıxır. Onun müraciət etdiyi axtarış agentliyi valideynlərini tapır. Valideynlər isə, bu mövzuya qayıtmaq istəmədiklərini bildirib, doğma oğulları ilə görüşdən imtina edirlər.

Bu acıdan sonra Cono özünü çətin toplayır. O, öz valideynlərini günahlandırmır və digərlərinə də, bu haqqı vermir: "Heç kim bilmir mən doğulanda onlar nə acılar yaşayıblar. Bəlkə də, onlar məndən imtina etməsəydilər, indi bu yerdə olmazdım".

Bu gün Cono peşəkar idmala məşğul olur, Kolinz sindromundan əziyyət çəkən uşaqlara kömək edir, ən əsası isə özünü və insanları olduğu kimi sevir. (publika.az)

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13