"İstanbul Başakşehir"dən daha 2 transfer
İdman
22 İyul 2017 0:54

"İstanbul Başakşehir"dən daha 2 transfer


Türkiyədə transfer fəaliyyətinin aktivliyi ilə seçilən "İstanbul Başakşehir" daha 2 futbolçu ilə müqavilə imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Manuel da KostaKərim Frayla 3 illik anlaşma əldə olunub.

"Kərim milli komandada çıxış etmiş futbolçudur. Baş məşqçimiz Abdullah Avcının ondan gözləntiləri böyükdür. Onun potensialı buna əsas verir. Yeni mövsümdə Avrokuboklarda və daxili çempionatda bizə lazımi dəstəyi verəcək. Müdafiə xəttində yeni futbolçuya ehtiyac vardı. Da Kostanın Avropa təcrübəsi var. Hər iki futbolçunun ailəmizə qoşulması bizi sevindirir" - klubun prezidenti Göksel Gümüşdağ deyib.

"İstanbul Başakşehir" bu yay artıq Aurelian Şedcu, Qael Klişi, Gökhan İnler kimi tanınmış simaları heyətinə qatmaqla diqqəti üzərinə çəkməyi bacarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13