Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -
Digər
22 İyul 2017 2:02

Yol polisi toy karvanlarına nəzarəti gücləndirdi -


Toy karvanındakı avtomobillərin nömrələri müxtəlif şüarlarla bağlanılır.

Üstəlik, bu avtomobillərin sürücüləri yol boyu avtoxuliqanlıq edərək həm öz, həm də digərlərinin həyatını təhlükəyə atırlar.

Yol polisi belə görüntülərin təkrarlanmaması üçün sürücülərə xəbərdarlıq edib və reydlərin keçiriləcəyini bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, bəy-gəlin avtomobilinin sürücüsü də qayda pozarsa, saxlanılacaq və qanuna uyğun tədbirlər həyata keçiriləcək.

Yol polisinin rəsmisi bildirir ki, hətta yol polisləri ərazidə olmasalar belə, qayda pozan sürücülər aşkarlanaraq cərimələnəcək, xüsusilə də kameralarla karvanların hərəkətinə ciddi nəzarət ediləcək.

Vaqif Əsədov bildirir ki, təkcə bu il ərzində toy karvanlarında 4 qəza qeydə alınıb, o cümlədən kameralar vasitəsilə 55 sürücü barəsində elektron protokol tərtib edilib.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08