Facebooka görə ərindən boşandı
Digər
22 İyul 2017 4:12

Facebooka görə ərindən boşandı


Türkiyənin İzmir şəhərində A.T ad-soyadlı bir qadın əri sosial şəbəkədə çox vaxt keçirdiyi üçün boşanmaq üçün məhkəməyə müraciət edib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, qadın şikayət ərizəsində bildirib ki, əri də narkomanlar və siqaret aludəçiləri kimidir, sosial şəbəkədən asılı vəziyyətdədir. Onun yazdığına görə, 47 yaşlı əri səhər açılandan gecə saatlarına qədər sosial şəbəkədə vaxt keçirir, paylaşımlar edir, statuslara rəy bildirir.

 

Yarım ildir ki, işsiz olan kişi nə evin problemlərini həll etməyə qadirdir, nə də ailəsinə vaxt ayırır: “O deyir ki, sosial şəbəkədən ayrı keçirdiyim hər dəqiqəni itki hesab edirəm. Bu isə xəstəlik səviyyəsinə çatmış insan deməkdir. Mən onun bu asılılıqdan qurtulması üçün hər cür fədakarlıqlar etməyə hazır idim. Hətta psixoloq yanına gedib, bunu tibbin köməyi ilə həll etmək də olardı. Amma o, buna heç cür yaxşı baxmır və hesab edir ki, bu, bir həyat tərzidir. Əgər o, elə hesab edirsə, demək, qurtuluş yoxdur”.

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13