Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb
Ölkə
22 İyul 2017 6:56

Bakıda kişi özünü şadlıq sarayının qarşısında bıçaqlayıb


Bakı. 22 iyul. REPORT.AZ/ Bakıda şadlıq evinin qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, gecə saatlarında 3 saylı Kliniki Tibbi Mərkəzə bıçaq xəsarətləri alan 32 yaşlı kişi gətirilib.
Məlum olub ki, bu, Məmmədov Ramal Məmməd oğludur. İki bıçaq xəsarəti alan R.Məmmədovu həkimlər cərrahi əməliyyat edərək Reanimasiya şöbəsinə yerləşdiriblər. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisə Nizami rayonunun Məhsəti küçəsində yerləşən Xudafərin şadlıq evinin qarşısında qeydə alınıb. R.Məmmədov Reanimasiya şöbəsində bildirib ki, o, özü-özünə xəsarət yetirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşlarına məlumat verilib.
Hadisənin dəqiq başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13