Norm Sement Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi
Ölkə
22 İyul 2017 10:04

Norm Sement Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi


1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin səyləri nəticəsində nəşrə başlayan "Əkinçi" qəzeti ilə Azərbaycan tarixində yeni bir səhifə yazıldı. Azərbaycanın ilk mətbuat orqanı, Rusiya imperiyasında çıxan ilk türkdilli qəzet fanatizm, cəhalət və savadsızlıqla mübarizə aparırdı. 142 illik şərəfli yol keçən Azərbaycan mətbuatının hədəfləri dəyişsə də, o yenə də mübarizənin önündədir. Ölkədə insan haqlarının qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin qurulması, demokratik institutların formalaşmasında KİV-in böyük rolu var. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrini, istək və arzularını daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclu təkan vermişdir".

Norm Sement olaraq Milli Mətbuat Günü münasibətilə bütün jurnalist dostlarımıza bu şərəfli yolda uğurlar diləyirik!

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08