Ekspert: "Ankaranın Qətər böhranının həlli üçün səyləri bəhrəsini verir"
Dünya
22 İyul 2017 10:34

Ekspert: "Ankaranın Qətər böhranının həlli üçün səyləri bəhrəsini verir"


Türkiyə Qətər böhranı yaşandığı gündən etibarən, böhranın həlli üçün bir sıra diplomatik addımlar atıb. Bunlardan bəziləri KİV-də öz əksini tapsa da, bəziləri haqda demək olar ki, heç bir məlumat yoxdur. Artıq Ankaranın Qətər böhranının həlli üçün səyləri bəhrəsini verir.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə Türkiyənin daxili və xarici siyasəti üzrə ekspert Atılqan Bayar deyib.

A.Bayar qeyd edib ki, Qətər böhranın həllində rəsmi Dohanın möhkəm mövqeyi də inkaredilməzdir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərə qarşı 12 tələblə çıxış etdilər lakin, daha sonra bu tələblərin 6 tələbə endirildiyinin şahidi olduq.

A.Bayar əlavə edib: "Türkiyənin Qətərdəki Ər-Rəyyan hərbi bazasının çıxarılması tələbi artıq qüvvədə deyil".

O qeyd edib ki, Türkiyə davamlı olaraq Qətərə öz hərbi kontingentini göndərməyə davam edir və ən son iki gün əvvəl Qətərə yeni türk hərbçiləri göndərilib və böyük ehtimal ki, bu proses ilin sonuna qədər davam edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 23-24-də Qətər, Səudiyyə Ərəbistanı və Küveytə planlaşdırılan səfərinə münasibət bildirən A.Bayar əlavə edib ki, Ankaranın rəsmi olaraq Dohaya dəstək verməsi Türkiyənin qonşu dövlətlərlə olan münasibətlərində də öz əksini tapır.

A.Bayar bildirib: "Türkiyənin Səudiyyə Ərəbistanı Krallığı ilə dərin və köklü münasibətləri var. Hesab edirəm ki, prezident Ərdoğanın Ər-Riyad səfəri Qətər böhranında olan gizli məqamların üzə çıxmasına yardımçı olacaq".

A.Bayarın fikrincə, Qətər siyasi baxımdan "Müsəlman Qardaşları" təşkilatına aid olmasa da, rəsmi Doha bu təşkilata dəstək verir, lakin buna baxmayaraq "Müsəlman Qardaşları" təşkilatının bəzi açıqlama və fəaliyyətləri Qətərdə narahatçılıq doğurur.

O hesab edir ki, Qətər kimi, Türkiyə də "Müsəlman Qardaşları" təşkilatının bəzi açıqlamaları və fəaliyyətlərindən narahatdır.

"Türkiyə dəfələrlə "Müsəlman Qardaşları" təşkilatından qurumun fəaliyyətləri ilə bağlı islahatlar aparmağı tələb etsə də , bu baş vermədi.

Ekspertin fikrincə, "Müsəlman Qardaşları" bir sıra ədalətsizliklərlə qarşılaşdığı üçün Ankara hazırda öz tələbini ciddi bir şəkildə irəli sürmür.

A.Bayar qeyd edib:"Hazırkı prezident Ərdoğan baş nazir olarkən Misirə səfəri zamanı Əl-Əzhər universitetində çıxışı zamanı "Müsəlman Qardaşları" təşkilatını dünyəviləşməyə dəvət etmişdi. Türkiyə hər zaman bu təşkilatı hakim Ədalət və İnkişaf Partiyası ( AKP) kimi görmək istəyində olub".

Ekspert gələcəkdə də "Müsəlman Qardaşları" təşkilatından islahat aparmağı tələb edəcəyini istisna etmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13