Vüqar Səfərli: "Ölkəmizdə jurnalistikanın inkişafı üçün dünyada analoqu olmayan işlər görülür"
Ölkə
22 İyul 2017 11:04

Vüqar Səfərli: "Ölkəmizdə jurnalistikanın inkişafı üçün dünyada analoqu olmayan işlər görülür"


"Azərbaycanda dövlətin mətbuata qayğısı ilk öncə ulu öndər Heydər Əliyevin vaxtından başlayıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, Azərbaycan mətbuatının yubileyi məhz ulu öndərin təşəbbüsü ilə keçirilib: "Siz bilirsiniz ki, Azərbaycanda mətbuatın yubileyi əvvəlki illər keçirilməmişdi. İlk olaraq 2000-ci ildə milli mətbuatın 125 illiyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildi. Bundan əlavə qəzetlərə birdəfəlik yardım edildi, jurnalistlər orden və fəxri adlarla mükafatlandırıldı".

V.Səfərli vurğulayıb ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirdi: "Bunun bariz nümunəsi olaraq 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu günə qədər Fond tərəfindən böyük işlər görülüb, medianın inkişaf etdirilməsi üçün hərtərəfli dəstək göstərilir. Ölkəmizdə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dünyada analoqu olmayan işlər görülür, jurnalistlər üçün iki böyük bina tikilib və üçüncü binanın tikintisinə başlanılıb".

V.Səfərli əlavə edib ki, indiyə qədər Fond tərəfindən KİV-lərə 31 milyon manatdan artıq dəstək göstərilib ki, bu da dövlət büdcəsindən ayrılıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08