"Putinin prezident İlham Əliyevlə görüşdə dediyi cümlələrdə böyük yük var" - Ekspert
Ölkə
22 İyul 2017 11:14

"Putinin prezident İlham Əliyevlə görüşdə dediyi cümlələrdə böyük yük var" - Ekspert


"Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə iki məqam diqqətimi çəkdi. Birinci məqam elə Rusiya prezidenti Vladimir Putinin dilindən səsləndi. Azərbaycan prezidenti İlham Əliyevlə görüşə "ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək" ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu dedi. Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. Narahatedici mövzuların tamamı isə hamımıza bəllidir".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlama ilə bağlıdır: "Açıqlamanın ilk cümləsində deyilir: "Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib". Bu, Azərbaycan prezidentinin və digər rəsmilərimizin rusiyalı həmkarlarıyla müzakirə etdiyi başlıca mövzudur. "Rusiya istəsə, münaqişə qısa zamanda həll olunar" yanaşması hələ köhnəlməyib. Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir. İstəsə də Azərbaycana elə ağır şərtlərini irəli sürür ki, bunlara "hə" demək Azərbaycanın Ermənistanın gününə düşməsinə gətirib çıxaracaq. Kreml istəsə, erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər. Bunun üçün Putinin erməni həmkarına bir telefon zəngi kifayət edər. Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13