Qarabağ qazisinin qızına qarşı dəhşətli hərəkət
Ölkə
22 İyul 2017 11:42

Qarabağ qazisinin qızına qarşı dəhşətli hərəkət


Qarabağdan yenicə əlimizi üzmüşdük. Demək olar ki, sağ qalan bütün Qarabaq, Zəngəzur əhli şəhərə ruh kimi səpələnmişdilər. Elə o günlərdə qohumlardan biriylə rastlaşmağımı indi də unuda bilmirəm. Onun itoynadanın biri olduğunu, hətta rayonun işqal olunmasının ona təsir etmiyəcəyini də yaxşı bilirdim. Çünki Əsgərin olduqca qəribə bir xasiyyəti vardı. Kimsəylə hesablaşmaz, öz dediyini deyər, hər danışılana inanmaz, onu tanımıyanlar onun haqqında bivecin biri olduğunu söylər, sanki onun üçün bu dünyada heç bir dəyərin qalmadığı qənaətini bölüşər(di)lər. Ancaq Əsgəri yaxşı tanıyanlardan biri də mən idim. Ən azından o savaş dönəmində Rusiyadan işini-gücünü, ən əsası rus qızlarını buraxıb gələrək könüllü müharibəyə qatılmış, kişi kimi axıra qədər vuruşmuşdur. Hələ mən Əsgərin Əfqanıstan veteranı olduğunu sizlərin diqqətinizə çatdırmıram.  

Əsgərlə qarşılaşdığımda pıçaq vursan qanı çıxmazdı. Qarabağın getməyinin ona təsir etmədiyini ona görə deyirəm ki, min il qala, Əsgəri tikə-tikə doğruyasan, yenə inana bilməz ki, erməni ola, bizim torpaqlara, ən azından onun doğulub böyüdüyü torpağa sahiblik edə. Ancaq bu dəfə deyəsən iş ciddiyyətini aşmışdı. Əsgərdən ərklə soruşdum ki, bu nə hal, bu nə gün? Səndən çıxmayan iş? Ermənilərin gülləsinə tuş gələndə də gülməkdən özündən getmişdin, indi xeyr ola? Əsgər az qaldı məni vura. Bəlkə də, mənə elə gəldi. Demək, Qarabağdan da zülm bir məsələ var ki, Əsgəri çilədən çıxara bilib. Əsgər qalın səsiylə:

- Nə olacaq ki, qaça-qaçda Güllü pişiyi də qucağından buraxmadı. Bura kimi götürüb gətirmişdi. Uşaq onunla yatıb qalxır. (Güllü Əsgərin tək övladı idi. O zamalar 3 yaşı ancaq olardı.)


- Olsun da. Yəqin itməyini deyəcəksən...

- Yox, əəəəə! Təki itərdi.

- Bəss...

- Təki orda qalardı..

- Noolub eee....

- Təki erməni gülləsinə tuş gələrdi....

- Inan, ürəyimi partladacaqsan...

- Qoy, bir az da sənin ürəyin partlasın da...

- Di yaxşı...de.....gööö....

- Heç nə, nə olacaq ki. Qonşuluqda o şeytana inananlardı nədi, bax onlardan var.

- Satanistləri deyirsən?

- Hə. Bax, onlar. Uşaq çıxıb hər gün pişik qucağında çöldə oynayırdı. Uşağı dilə tutublar. Aldadıblar. Düz bir həftə gəlir danışır ki, pişiyimi onlar sığallayır, onlar sevir. Kimsə heç nə başa düşmür. Budu 3 gündür də göz yaşları qurumur. Kiridə bilmirik. Sən demiyəsən bu anası-bacısı....f...-lər, pişiyi aparıb kəsiblər. Qanınıyla da məhlədəki divara nəsə yazıblar...

Əsgərin heç belə olduğunu görməmişdim. Bilirdim ki, Əsgər belə şeyin üstə qatil də ola bilər. Əsgər odlu-odlu danışdıqca onun düşdüyü bu halına acıyırdım. Çünki bircəcik qızının o şəkildə üzülməsinə artıq güc tapmadığının fərqindəydim.

Demək, indi də dünyada yayılmağa başlamış və özlərinə bəlli bir çevrə təşkil eləmiş bu insanlar Şeytanı Allahdan da üstün sayırlar. Onlara görə, tapındıqları Şeytan yolunda pişik kəsmək, pişiyin qanıyla simvollarını yazmaq, çəkmək müqəddəs iş hesab edilir.

Mövzuyla əlaqədar xeyli danışıb ayrıldıq.

Evə necə gəldiyimi xatırlaya bimirəm. Qarabağın ən ucqar kəndindən qaça-qaç zamanı o balaca qızcığaz sinəsinə sıxıb bu şəhərin qalabalığına bir pişik gətirir. Bu şəhərin murdarlığında isə bir qurub satanist, şeytana tapınan o gözəl pişiyi acımasızca kəsib tanrılarına qurban edirlər.

 Bir balaca toxdadım ki, nə yaxşı, o şeytan zümrəsi o pişiyin yerinə o 3 yaşlı balaca qızcığazı qurban etməmişdilər.

Söhbət o zamandan gedir ki, Qarabağ rus-erməni hərbi birləşmələri tərəfindən işqal olunmuşdu. 1 milyona yaxın qaçqınımız olduqca acınacaqlı bir vəziyyətdə harda gəldi məskunlaşmaq zorundaydı. Sən demiyəsən, Qarabağ itgisindən da ağır olan Azərbaycan gəncliyinin yanlş inanclara qoşulmasına Qazi Əsgər əvvəlcədən öz dərin intiusiyasıyla acımağı bacarmışdı. O, bəlkə də, qızının ağlamasına, qızının kənddən qaçarkən yalnız çox sevdiyi pişiyi gətirməsinə, sonra da o dilsiz-ağızsız heyvanın bu şəkildə qəddarcasına qanının axıdılmasına deyil, şüuraltı olaraq ( o tavrıyla) Azərbaycan gəncliyinin içində belə bir xəstəliyin baş qaldırmasına dəli olmuşdu.

Xanəmir Telmanoğlu/Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08