ABŞ-ın generalı Putinin əsas “kozır”ını açıqladı
Dünya
22 İyul 2017 11:53

ABŞ-ın generalı Putinin əsas “kozır”ını açıqladı


“Terrorizmlə mübarizə Amerika hərbiçilərin Suriyada olması üçün tək səbəbdir və Rusiya bunu əla anlayır”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın xüsusi əməliyyatlar üzrə komandanlığının başçısı general Reymond Tomas deyib.

“O gün yaxındır ki, ruslar “ABŞ, siz Suriyada nə edirsiniz?” - Tomas qeyd edib.

General vurğulayıb ki, ABŞ Suriyaya rəsmi Dəməşqin icazəsi olmadan girib: “Əgər ruslar bu kartı oynayarsa, biz Suriyada qala bilməyəcəyik”.

Xatırladaq ki, Rusiya Dəməşqin müraciəti əsasında 2015-ci il sentyabrın 30-dan Suriyada əməliyyatlar həyata keçirir. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib ki, Moskva Amerika bazalarının Suriya ərazisində yerləşdirilməsinə qarşı deyil, amma bunun üçün qanuni əsaslar olmalıdır. Onun sözlərinə görə, terror qruplaşmaları üzərində qələbə və siyasi böhranın nizama salınmasından sonra xarici hərbi bazaların Suriyada yerləşdirilməsinin qanuniliyi Dəməşq tərəfindən müəyyən ediləcək.

Ömər

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13