Azərbaycan prokurorluğunun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
Ölkə
22 İyul 2017 12:56

Azərbaycan prokurorluğunun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər


Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyəti prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 1-dən 7-dək Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (IACA) “Təcrübə elmə qovuşur” mövzusunda keçirilən sayca 4-cü Yay Akademiyasında (IACSA) Azərbaycan prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları Natiq Eyvazov və Ziya Hacıyev təmsil ediblər.
40-a yaxın dövlətin nümayəndələrinin iştirak etdiyi tədbirdə bir sıra nüfuzlu elm və araşdırma mərkəzlərinin professorları, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri mü­tə­şək­kil cinayətkarlığın ən təhlükəli təzahürü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında qabaqcıl mübarizə üsulları, qabaqlayıcı tədbirlər, bu sahədə qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda məruzələr edilib.
Tədbir iştirakçıları praktiki tapşırıqların həllində aktiv iştirak edib, müxtəlif mövzular üzrə təqdimatlar keçirilib, eləcə də interaktiv şəkildə keçirilən təlim zamanı iştirakçılarımaraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Az inkişaf etmiş ölkələrin nümayəndələrinin akademiyada təhsil alaraq mənsub olduqları ölkələrdə korrupsiyaya qarşı mübarizəyə öz töhvələrini verə bilmələri üçün Yay Akademiyasının iştirakçılarının təşəbbüsü ilə könüllü ianə toplanılaraq IACA-nın təqaüd fonduna təqdim edilmişdir. Mütərəqqi addım kimi qiymətləndirilən bu təşəbbüs təşkilat tərəfindən sertifikatlaşdırılıb.
Tədbirin sonunda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13