Bakıda ağac kəsən şirkət rəhbərliyinə cinayət işi açıldı
Digər
22 İyul 2017 13:12

Bakıda ağac kəsən şirkət rəhbərliyinə cinayət işi açıldı


Paytaxtın Nəsimi rayonu ərazisində “MİD-17” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən qazıntı işlərinin aparılması zamanı müxtəlif cinsli (sərv və zeytun) 5 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 5100 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, ilkin araşdırmalarla həmin torpaq sahəsinin istifadəyə ayrılmasına dair verilmiş ekoloji ekspertiza rəyində layihələndirmənin yalnız yaşıllıq altında olmayan boş sahədə aparılması tapşırılsa da, MTK-nın vəzifəli şəxsləri tərəfindən meşə qanunvericiliyi üzrə normativ aktların tələbləri kobud surətdə pozularaq xeyli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.

 

Həmin faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə tapşırılıb. Hazırda qanunsuz ağac kəsmə faktları ilə bağlı başlanmış cinayət işləri üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Baş prokurorluqdan əlavə edilib ki,  bu cür hallarla qarşılaşan vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edə bilərlər: “Bütün fiziki və hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi hallarına yol verməmələri tövsiyə edilir və bu kimi hallara yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri görüləcəkdir”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13