Media kapitanlarından Prezidentə SONSUZ TƏŞƏKKÜR
Digər
22 İyul 2017 13:23

Media kapitanlarından Prezidentə SONSUZ TƏŞƏKKÜR


1875-ci il iyulun 22-də “Əkinçi” qəzetilə əsası qoyulan Milli Mətbuatımız bu il 142 illiyini qeyd edir. Müstəqillik əldə ediləndən sonra hər il xüsusi qeyd olunan bu bayram bu il jurnalistlərə daha böyük bir sevinc yaşatdı. Bu sevinc birbaşa Dövlət Başçısı İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyev tərəfindən Milli Mətbuat günü ərəfəsində 255 jurnalist ailəsi mənzillə təmin edildi. Uzun illər kirayədə və çətin şəraitdə yaşayan həmkarlarımızın mənzillə təminatı həm də onların bundan sonrakı fəaliyyətinə bir stimul hesab olunur. Qeyd edək ki, 2013-cü ildə Prezident İlham Əliyev daha 156 jurnalistə mənzil bağışlamışdı.

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Vüqar Rəhimzadə Publika.az-a açıqlamasında bildirdi ki, bu il mətbuat günü bir sıra əlamətdar hadisələrlə yadda qaldı, onlardan ən vacibi isə jurnalistlərin mənzillə təminatıdır: “Hər il mətbuat günü ərəfəsində jurnalistlərə dövlətin dəstəyi hiss olunur. Bu il xüsusilə əlamətdar oldu. Təmirli, gözəl 255 mənzildən ibarət bina jurnalistlərin ixtiyarına verildi. Bununla da jurnalistlərimiz və onların ailələri həyatlarında ən əlamətdar günlərdən birini yaşadılar. Bu dövlət başçısının bütün jurnalistikaya olan diqqətinin, qayğısının göstəricisidir. Bu həqiqətən dünyada anoloqu olmayan bir diqqətdir. Təbii ki, mənzillər uzun illər mediada çalışan və həqiqətən Azərbaycan mətbuatında reallıqların dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyən insanlara verildi. Siyasi əqidəsindən asılı olmayaraq bu bölgü çox ədalətli həyata keçirilib. Müxtəlif yaş həddində olan, fərqli media qruplarında çalışan jurnalistlərimiz bu il ev sahibi olublar. Azərbaycan jurnalistikasında çalışan, mətbuatla bağlı olan hər kəsi təbrik edirəm. Kollektivimiz və bütün jurnalistlərimiz adından möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ürəkdən ona minnətdarlığımı bildirirəm, Allah onu var eləsin. Uca Yaradan jurnalistikaya, insan amilinə verdiyi dəyərə, qiymətə görə cənab Prezidentimizi qorusun”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı jurnalistlərə verilən mənzillərin onların gələcək fəaliyyəti üçün də təsirli olacağını bildirdi:

“142 illik tarix təkcə jurnalistikamız yox, cəmiyyətimiz üçün böyük bir hadisədir. Yazılı mətbuat tariximiz qonşu Türkiyədən belə daha qədimdir. Tarixdə bəzi məqamlar var ki, dövlətlərin şanlı günləri səviyyəsində olur. 22 iyul da tarixin belə səhifələrindən biridir. Çünki Milli Mətbuatımızın yaranması həm də müstəqilliyə gedən yolun başlanğıcı idi. Bu gün də müstəqil Azərbaycan dövləti jurnalistlərimizin cəmiyyət üçün fəaliyyətini dəyərləndirir. Bu il 255 jurnalistə mənzil verilməsi əsas gündəmə çevrildi. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, həm də yaşayış şəraitinə müsbət təsir edir amildir. Bu diqqət bundan sonra jurnalistlərimizin daha yaxşı şəkildə çalışmaşına səbəb olacaq. Həmçinin prosesin davamlı olması, jurnalistlərimiz üçün stimul rolunu oynayacaq. Hesab edirəm ki, jurnalistlərimiz daim dövlətə bağlı olmalı, Azərbaycan üçün çalışmalıdırlar. Jurnalistlərə mənzil verilərkən cənab Prezident “Jurnalistlər mənim köməkçilərimdir” dedi. Bu, o deməkdir ki, əsl jurnalistlərin tənqidi yazıları nəzərə alınır, bunlara diqqət göstərilir. Jurnalistlərimiz də qələmini daha qüvvətli etməli, həqiqətləri yazmalı, dövlətimizin inkişafı üçün cənab Prezidentə kömək etməlidir.

Mənzillə təmin olunan hər bir ailəni təbrik edir, ölkə başçısına isə bu dəqqətinə görə təşəkkürmü bildirirəm. Mətbuatın 142 illiyi münasibətinə əsl jurnalistika ilə məşğul olan bütün həmkarlarımızı təbrik edirəm. Arzu edirəm ki, ənənələrimizə sadiq qalaq. Adını jurnalist qoyub, fərqli işlərlə məşğul olanlar aramızdan yox olsun, hər kəs bu iki qrup jurnalist arasında fərq qoysunlar”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev mətbuatın 142 illiyi ərəfəsindən bir qrup jurnalistə mənzillərin verilməsinin əlamətdar hadisə olduğunu vurğuladı: “Milli mətbuatımızın yaranmasının bu il də dövlət səviyyəsində qeyd edilir. Bu günlə bağlı dövlət bir sıra addımlar atır, qəzetlərə birdəfəlik yardımlar edir, jurnalistlərə fəxri adlar verir. Bu il ikinci dəfədir ki, mətbuat günü ərəfəsində nəcib bir təşəbbüs reallaşdırılır. Dövlət hesabına tikilmiş binadan jurnalistlərə mənzillər verilir. Dörd il əvvəl 156, bu il isə 255 jurnalist mənzillə təmin edildi. Mətbuatın 142-ci ilində bu ən əlamətdar hadisələrdən biri idi. Binanın tikintisi təxminən 25 milyon manata başa gəlib. Bu gün hətta baş redaktorlar üçün şəhərin mərkəzində belə bir yerdə, belə gözəl bir binada mənzil almaq xəyal ola bilər. Dövlət vəsaiti hesabına tikilən bu bina ilə 255 jurnalist ailəsi sevindirilib. Bu çox tarixi və təqdirolunası bir addımdır. Üçüncü binanın təməlinin qoyulması son dərəcə sevindirici bir hadisədir. Cənab Prezident yaxın üç ilə bu binanın da hazır olacağını və daha 255 jurnalist ailəsinin sevinəcəyini dedi. Həmin binanın tikintisindən sonra təxminən 700 jurnalist ailəsinin mənzillə təmin edilməsi deməkdir. Bu baxımdan dövlətin Azərbaycan mətbuatına yardımı bununla kifayətlənmir. Yazılı mətbuata Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xəttilə yardım edilir. Kağızın qiymətinin artdığı bir vaxtda bu yardım yazılı mətbuat üçün böyük diqqətdir. Bu, həm də yazılı mətbuatın yaşaması üçün böyük tövhədir. Buna görə də cənab Prezidentə təşəkkür edirik”.

Gülxar

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08