Qusarda narkotik becərən şəxs saxlanıldı
Digər
22 İyul 2017 13:42

Qusarda narkotik becərən şəxs saxlanıldı


Qusarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avaran kənd sakini əvvəllər məhkum olunmuş Telman Osmanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən ümumi çəkisi 4,015 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Osmanovun yaşadığı evin yaxınlığında ona məxsus sahəyə baxış keçirilən zaman gizli şəkildə kultivasiya yolu ilə yetişdirilən 55 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

T.Osmanov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mağazada yanğın olub - Mingəçevirdə - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13