Nazirlik toyuq əti ilə bağlı yayılan xəbərləri təkzib etdi
Digər
22 İyul 2017 14:12

Nazirlik toyuq əti ilə bağlı yayılan xəbərləri təkzib etdi


“Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) guya Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı əsasız məlumatlar yayılıb”. Lent.az xəbər verir ki, bu sözləri Kəndə Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu gün yaydığı açıqlamada deyib. O, bildirib ki, respublikaya idxal olunan bütün heyvan, heyvan mənşəli, o cümlədən toyuq məhsullarının hamısı qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin ekspertizası aparıldıqdan və  məhsul idxal olunduqdan sonra laboratoriya müayinəsi aparılır. Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə əsasən heyvan mənşəli məhsulların laboratoriya müayinəsi həyata keçirilir: “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olaraq ölkəyə idxal edilən bütün heyvan mənşəli və quşçuluq məhsulları mikrobioloji, toksiki elementlər, antibiotiklər, pestisidlər, hormonal preparatların qalıq miqdarı və radionuklitlər görə yoxlanılır. Aparılan müayinələrin nəticəsinə əsasən həmin məhsullarda heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməyib və bütün göstəricilər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərinə uyğun olub. Məhsullarda nəmliyin yoxlanılması isə Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərində nəzərdə tutulmayıb. Ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur, məhsullar idxal edildikdən və laboratoriya müayinəsi aparıldıqdan sonra istifadə olunur”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13