"Milan"ın növbəti hədəfi - Dieqo Kosta
İdman
22 İyul 2017 14:14

"Milan"ın növbəti hədəfi - Dieqo Kosta


"Milan" heyətini "Çelsi"nin hücumçusu Dieqo Kosta ilə gücləndirməyi planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi təcrübəli forvardı icarə əsasında heyətinə qatmaq istəyir. 

Belə ki, Kosta tezliklə "Çelsi"dən ayrılacaq. Antonio Konte açıq şəkildə bəyan edib ki, əslən braziliyalı olan futbolçu daha onun planlarına daxil deyil. 

Bu səbəbdən də Kostanın sabiq klubu "Atletiko"ya qayıdacağı gözlənilir. Madrid klubu isə transfer qadağısı üzündən transfer reallaşdıra bilməz. 

"Milan" da məhz bu məqamdan yararlanaraq onu icarə əsasında heyətinə qatmağı düşünür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13